18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Fransa Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyannamə qəbul edib
Tarix: 15-05-2023 10:13 | Bölmə: Dünya
Fransa Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyannamə qəbul edib

Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron birgə bəyannamə qəbul ediblər. Bəyannamədə qeyd olunur ki, Paris, digər məsələlərlə yanaşı, Ukraynanın NATO-ya üzvlüyü istiqamətində addımını dəstəkləyir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bəyannamədə deyilir ki, NATO çərçivəsində Fransa Ukraynaya birbaşa dəstəyə diqqət yetirməyə davam edir.

Eyni zamanda qeyd olunur ki, Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Avro-Atlantik ailəyə doğru irəliləməsinə kömək etmək üçün hazırkı əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün platforma kimi Ukrayna-NATO Komissiyasını tam dəstəkləyir.

Bəyannamədə ayrıca paraqraf kimi qeyd olunur ki, “Ukrayna və Fransa bu məsələlərin 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində həllini səbirsizliklə gözləyir”.

Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva sənədi şərh edərək deyib ki, NATO ilə bağlı oxşar redaksiyalı bəyannamənin qəbulu əvvəllər sadəcə olaraq mümkün deyildi.

"Birgə bəyannamə Avroatlantik istiqamətdə Ukraynaya dəstəyi daha bir ağır səslə gücləndirməyə imkan verdi", - Jovkva bildirib.

Onu da diqqətə çatdırırıq ki, prezident Vladimir Zelenski Avropa paytaxtlarına səfəri çərçivəsində İtaliya və Almaniya liderlərindən oxşar ifadələrlə bəyanatlar qəbul edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər