Ukraynaya yüzlərlə uzaqmənzilli raket və PUA-lar göndərirlər
Tarix: 15-05-2023 20:19 | Bölmə: Dünya
Ukraynaya yüzlərlə uzaqmənzilli raket və PUA-lar göndərirlər

Böyük Britaniya Ukraynaya "Storm Shadow" qanadlı raketlərindən əlavə yüzlərlə uzaqmənzilli raket və hücum üçün pilotsuz təyyarələr göndərəcək.

Reyting.az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bu, o deməkdir ki, böyük əks-hücum ərəfəsində olan Ukraynaya silah tədarükündə Böyük Britaniya digər ölkələrdən daha irəli gedir.

Nəşr xatırladır ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski müttəfiq ölkələrə səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb və qırıcı təyyarələrin çatdırılmasının vacibliyini qeyd edib. Sunak isə bildirib ki, döyüş təyyarələrinin verilməsi asan iş olmasa da, Böyük Britaniya bu cür dəstəyi verəcək koalisiya ölkələri arasında əsas rolu oynayaaq.

Onu da qeyd edək ki, Ukrayna Rusiya qoşunlarına qarşı çoxdan gözlənilən əks-hücum əməliyyatlarına hazırlaşmaqda davam edir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}