Türkiyə parlamentinin erməni deputatı: “Daha çox susmalı olacağıq...”
Tarix: 16-05-2023 14:45 | Bölmə: Dünya
Türkiyə parlamentinin erməni deputatı: “Daha çox susmalı olacağıq...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın millətçilərlə yaratdığı ittifaq mayın 14-də keçirilən parlament seçkilərində qalib gəlib. Bu səbəbdən də Ərdoğanın tərəfdarları parlament çoxluğuna sahib olacaq. Yaxın gələcəkdə Türkiyə parlamentində millətçilərin çoxluq təşkil etməsi isə Ermənistanla münasibətləri tənzimləməyi çətinləşdirə bilər.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Türkiyə parlamentinə deputat seçilmiş milliyyətcə erməni Karo Paylyan çıxış edib.

O, erməni mətbuatına açıqlamasında bildirib ki, Türkiyəni Ermənistanla sülhün bərqərar olmasına inandırmaq üçün hər cür səy göstərmək lazım gələcək.

Paylyan diqqətə çatdırıb ki, Türkiyə üçün demokratiyanın inkişafı vacibdir, çünki belə olduqda, qonşularla problemləri həll etmək asanlaşa bilər.

Erməni deputat iddia edir ki, son seçkilərin nəticələri erməni ictimaiyyətinin gözləntilərini doğrultmayıb: “Türkiyədə ermənilər artıq qorxu içindədirlər. 2015-ci ilə qədər problemlərimizi danışırdıq, ondan sonra ermənilər daha susurlar. Ümid edirdik ki, bu seçkilər nəticəsində nəsə dəyişəcək, amma bu baş vermədi. Təəssüf ki, bu müddətdə ermənilər daha çox susmalı olacaqlar”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}