14 dövlətin hərbi təyyarələri döyüş vəziyyətinə gətirilir
Tarix: 16-05-2023 22:05 | Bölmə: Dünya
14 dövlətin hərbi təyyarələri döyüş vəziyyətinə gətirilir

Mayın 29-dan iyunun 9-dək İsveç, Finlandiya, Norveç və Danimarkada 14 dövlətin iştirakı ilə “Arctic Challenge Exercise 23” (ACE23) beynəlxalq hava təlimləri keçiriləcək.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, bu barədə çərşənbə axşamı İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

ACE23 təlimində İsveçrə, Çexiya, Finlandiya, Böyük Britaniya, ABŞ və Kanada da daxil olmaqla 14 ölkədən 120-yə yaxın təyyarə və 2700 hərbçi iştirak edir və bu, bu il Avropanın ən böyük hava təlimlərindən biridir.

Təlimlərin məqsədi hava əməliyyatlarının təşkili və aparılması, xüsusilə, taktiki tapşırıqların və komanda-nəzarət prosedurlarının yerinə yetirilməsi üzrə bölmələrin hazırlanmasıdır.

Bundan əlavə, iştirakçılar 4-cü və 5-ci nəsil qırıcılar arasında qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, ACE təlimi ilk dəfə 2013-cü ildə baş tutub və bundan əvvəl İsveç, Norveç və Finlandiya Hərbi Hava Qüvvələrinin çoxillik birgə təlimi keçirilib. O vaxtdan bəri ACE-lər iki ildən bir keçirilir və NATO-ya üzv dövlətlər və tərəfdaşlar iştirak edirlər.

Onu da qeyd edək ki, aprel və may aylarında İsveçdə “Avrora 23” hərbi təlimləri keçirilib ki, bu da son 25 ildə bu qəbildən olan ən böyük milli manevr olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}