Ağ ev “Patriot”la bağlı Rusiyanın məlumatlarını təsdiqləmir
Tarix: 16-05-2023 23:41 | Bölmə: Dünya
Ağ ev “Patriot”la bağlı Rusiyanın məlumatlarını təsdiqləmir

ABŞ Ukraynada “Patriot” hava hücumundan müdafiə raket qurğusunun zədələnməsi ilə bağlı xəbərləri hələlik təsdiqləmir. Reyting.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Mən Ukraynada “Patriot” sisteminin məğlubiyyəti ilə bağlı xəbərləri təsdiq edə bilmərəm”, - deyə “Amerikanın Səsi” radiosunun jurnalisti Ostap Yarış Ağ evin sözçüsündən sitat gətirib.

Kirbi əlavə edib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemi həqiqətən zədələnərsə və Ukraynadan kənarda təmirə ehtiyac olarsa, bu işdə kömək edəcəklər.

Xatırladaq ki, ABŞ-ın CNN telekanalının anonim məmura istinadla verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin dediyinin əksinə olaraq, çərşənbə axşamı gecə Ukraynaya raket hücumu zamanı “Patriot” raketdən müdafiə sistemi məhv olmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}