18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Şoyqu Ukraynanın iddialarını təkzib edir
Tarix: 17-05-2023 14:38 | Bölmə: Dünya
Şoyqu Ukraynanın iddialarını təkzib edir

Dünən Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus 6 hipersəsli “Kinjal” raketinin vurulduğunu bildirib. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə bu gün bu məsələnin yalan olduğunu deyərək, Ukrayna tərəfinin iddialarını təkzib edib.

Reyting.az
xəbər verir ki, nazir Şoyqu Ukraynaya “Kinjal” raketi atmadıqlarını bildirib.

Rusiya mətbuatına danışan Şoyqu deyib ki, Ukrayna hakimiyyəti hava hücumundan müdafiə sisteminin effektivliyini müntəzəm olaraq şişirdir.

Şoyqu əlavə edib: “Mən bunu əvvəllər demişəm və bir daha təkrar edirəm. Onların açıqlamaları ilə vurduqlarını iddia etdikləri qədər “Kinjal” raketi buraxmadıq. Üstəlik, ukraynalılar tərəfindən vurulan “Kinjal” raketlərinin sayı bizim atdığımız rəqəmdən üç dəfə çoxdur. Həmçinin, ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərini kimin istifadə etməsi böyük bir sual işarəsidir”.

Ukrayna səlahiyyətlilərinin Rusiyanın atdığı raketlərin növü ilə bağlı yalan məlumat verdiyini vurğulayan Şoyqu əlavə edib ki, bu səbəbdən də onlar vura bilmirlər.

Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələrindən dünən verilən açıqlamada Rusiya ordusunun atdığı 6-sı “Kinjal” raketi olmaqla, ümumilikdə 18 raketin vurulduğu açıqlanıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər