18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyanın 5,2 milyard avrodan çox aktivləri dondurulub
Tarix: 17-05-2023 16:47 | Bölmə: Dünya
Rusiyanın 5,2 milyard avrodan çox aktivləri dondurulub

Almaniya Maliyyə Nazirliyi Rusiyanın 5,2 milyard avrodan çox aktivlərini dondurub.

Reyting.az
xəbər verir ki, bu barədə xarii KİV-lər məlumat yayıb.

Federal Maliyyə Nazirliyinin mətbuat katibinin sözlərinə görə, aprelin 12-nə qədər Almaniyada Rusiyanın 5,23 milyard avro dəyərində aktivləri dondurulub.

Bir neçə həftə əvvəl Avropa Komissiyası Ukraynadakı müharibənin vurduğu ziyana görə Rusiyanın məsuliyyətə cəlb edilməsi tələblərini bir daha təsdiqləyib.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis “Handelsblatt” qəzetinə müsahibəsində “Təcavüzkar dövlət kimi Rusiya beynəlxalq hüquqa görə Ukraynaya təzminat ödəməyə borcludur”,- deyib.

Buna görə də, Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərinin – “mərkəzi bankın ehtiyatları da daxil olmaqla” necə müsadirə edilməsinin mümkünlüyü ilə bağlı hüquqi ekspertiza aparır.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərinin - həm özəl, həm də dövlətin istifadəsi üçün qanuni cəhətdən məqbul variantları hazırladığını təsdiqləyib.

Hazırda Avropa İttifaqının (Aİ) sanksiyaları altında olan Rusiya fiziki və hüquqi şəxslərinin Aİ ərazisində təxminən 24,1 milyard avro məbləğində aktivləri dondurulub. Sanksiyalar bu aktivlərin müsadirəsini nəzərdə tutmur, çünki bu, qanunu pozur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər