18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Partizanlar Simferepol-Svestapol dəmir yolunu partladıb
Tarix: 18-05-2023 14:47 | Bölmə: Dünya
Partizanlar Simferepol-Svestapol dəmir yolunu partladıb

Krımda taxıl yüklü qatarın 8 vaqonu relsdən çıxıb.

Reyting.az
-ın məlumatına görə, Krım parlamentinin sədri Vladimir Konstantinov qəzanın partlayış səbəbindən baş verdiyini açıqlayıb.

Rusiyanın ilhaq etdiyi Krımın Simferopol şəhəri yaxınlığında taxılla dolu qatarın 8 vaqonu səhər saatlarında relsdən çıxıb. Aşan vaqonlardakı taxıl ətrafa səpələnib.

Qəzadan sonra vaqonları qaldırmaq üçün bölgəyə kran göndərilib və Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları hadisə yerinə gəlib.

Məlumata görə, Simferopol ilə Sevastopol arasındakı dəmir yolu xətti qəzadan sonra müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Qəza nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.

V. Konstantinov deyib: “Bütün bunlar Ukrayna nasist qoşunlarının oyunlarıdır. Hüquq-mühafizə orqanları hələ də işləyir. Rəsmi açıqlamanı gözləmək lazımdır”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya daşınmasına icazə verən taxıl sazişinin daha 2 ay müddətinə uzadıldığını açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər