18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Moskvanın 11 rayonu karantin rejiminə keçib
Tarix: 18-05-2023 20:04 | Bölmə: Dünya
Moskvanın 11 rayonu karantin rejiminə keçib

Rusiyanın paytaxtı Moskvada “quş qripi”nə görə karantin elan edilib. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, müvafiq sərəncamı şəhər meri Sergey Sobyanin imzalayıb.

Məlumata görə, epizootik ocaq Borisovski gölünün yaxınlığındakı ərazidir. Karantin dövründə avtonəqliyyat vasitələrinin epidemiya zonasına giriş-çıxışı (epizootik ocağın aradan qaldırılmasında iştirak edənlər istisna olmaqla) məhdudlaşdırılacaq. Eyni zamanda quşların və inkubasiya yumurtalarının idxalı və ixracı, o cümlədən kənd təsərrüfatı yarmarkalarının, sərgilərinin və digər növ quşların və heyvanların toplanması ilə bağlı digər tədbirlərin keçirilməsi qadağan olunur.

Qeyd olunur ki, Moskavanın daha 11 rayon təhlükə zonasına düşüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər