Fransada meşədə siqaret çəkmək qadağan olunur
Tarix: 19-05-2023 00:11 | Bölmə: Dünya
Fransada meşədə siqaret çəkmək qadağan olunur

Fransa parlamentinin aşağı palatasının deputatları yanğın mövsümündə meşələrdə və meşə zolaqlarında siqaret çəkməyi qadağan edən qanun layihəsini ilkin olaraq dəstəkləyiblər.

Reyting.az
xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Məlumata görə, Fransa Milli Assambleyasının deputatları tərəfindən qanun layihəsinin yekdilliklə dəstəklənməsi meşə yanğınlarının qarşısının alınması üçündür.

Qanunvericilər tərəfindən qəbul edilən əlavə düzəliş yanğın mövsümündə meşələrdə və meşə zolaqlarında və ya onların yaxınlığında siqaret çəkməyi qadağan edir.

Siqaret çəkmə qadağası meşəlik ərazilərdən 200 metr məsafədə yanğınların yandırılmasını qadağan edən mövcud meşə qanunvericiliyinə əsaslanır.

Qeyd edək ki, Avropanın ən meşəli ölkələrindən biri olan Fransa uzun müddətdir meşə yanğınlarından əziyyət çəkir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}