18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ağ evin Serbiya ilə bağlı planları var
Tarix: 19-05-2023 09:23 | Bölmə: Dünya
Ağ evin Serbiya ilə bağlı planları var

ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle bildirib ki, Vaşinqton Belqradla yaxın əməkdaşlıqda maraqlıdır.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, Şolle bu sözləri Senatın xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə söyləyib.

“Birləşmiş Ştatlar Serbiyanı Rusiyanın təsir darəsindən çıxarmağı düşünür. Bununla bağlı Vaşinqton Avropa İttifaqını Qərbi Balkan ölkələrinin hesabına genişləndirmək imkanı yaratmaqdan ötrü avropalı tərəfdaşları ilə sıx əməkdaşlıq edir. İntəhası, təşkilata daxil olmaq üçün bu dövlətlər daxildə zəruri islahatlar həyata keçirməlidirlər”, - Şolle bəyan edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər