18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Əl-Qaidə” 7 il əvvəl əsir götürdüyü həkimi azad edib - Foto
Tarix: 19-05-2023 14:03 | Bölmə: Dünya
“Əl-Qaidə” 7 il əvvəl əsir götürdüyü həkimi azad edib

“Əl-Qaidə” terror təşkilatı Qərbi Afrikada əsir saxlanılan 88 yaşlı avstraliyalı həkimi 7 ildən sonra azad edib.

Reyting.az
xəbər verir ki, “Əl-Qaidə” tərəfindən əsir götürülən həkim Kennet Elliottun 7 ildən sonra evinə qayıtdığını Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Həkimin səhhətinin yaxşı olduğunu qeyd edən Vonq deyib ki, Elliottun ailəsi ilə görüşüb.



Elliottun ailəsi isə açıqlama verərək, illərdir evindən uzaqda olan 88 yaşlı həkimin vaxta və gizliliyə ehtiyacı olduğunu bildirib.

Xatırladaq ki, Elliott və həyat yoldaşı 2016-cı ildə Mali və Burkine Faso sərhədində əsir götürülüblər. Əvvəlcə “Əl-Qaidə” cütlüyü qaçırdığını bəyan etsə də, sonradan Elliottun həyat yoldaşının sərbəst buraxıldığını açıqlayıb.

Qeyd edək ki, Elliott və həyat yoldaşı Burkina Fasoda 120 çarpayılıq xəstəxananı idarə ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər