18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Erməni deputat: “Ermənistanda vətəndaş müharibəsi başlamaq üçün əmr alıblar”
Tarix: 19-05-2023 14:22 | Bölmə: Dünya
Erməni deputat: “Ermənistanda vətəndaş müharibəsi başlamaq üçün əmr alıblar”

“Mənim təəssüratıma görə, Ermənistanda elə qüvvələr var ki, ölkədə vətəndaş müharibəsi üçün əmr alıblar”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Vigen Xaçatryan deyib.

“Mən görürəm, bu insanları yaxşı tanıyıram, həm də çoxdan tanıyıram. Bu adamlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə hazırdırlar: qan tökürlər, vururlar, çevriliş edirlər”, - deyə deputat əlavə edib.

V. Xaçatryan qeyd edib ki, həlak olan hərbçilərin valideynlərinə diqqətli yanaşmaq lazımdır.

O, bu valideynlərin hisslərindən siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz sayır:

“Heç bir uşaq valideynlərinin hərəkətlərinə görə cavabdeh olmamalıdır. İstənilən vətəndaşın hakimiyyətin hərəkətindən narazılığını bildirmək hüququ var, lakin qisas çağırışları yaxşılığa doğru aparmayacaq. Belə məqamlarda hər zaman vəziyyəti gərginləşdirməyə çalışan qrup olur. Bu, siyasi mübarizənin pozulmuş təzahürünün, cəmiyyətdə birliyin olmamasının nəticəsidir. Onilliklər ərzində ölkənin ictimai-siyasi həyatını zəhərləyən insanlar bu əməllərini davam etdirirlər”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər