Rusiya Baxmutu nəzarətə götürdüyünü bildirir, Ukrayna isə…
Tarix: 21-05-2023 10:18 | Bölmə: Dünya
Rusiya Baxmutu nəzarətə götürdüyünü bildirir, Ukrayna isə…

Rusiya Müdafiə Nazirliyi aylardır qanlı müharibənin getdiyi Baxmut şəhərini nəzarətə götürdüklərini bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, nazirlik bildirib ki, “Vaqner”in “Cənub” qruplaşmasının artilleriya və aviasiya vasitələrinin dəstəyi ilə hücum əməliyyatları nəticəsində Artyomovsk şəhərinin azad edilməsi başa çatıb.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Baxmutu tamamilə ələ keçirdiklərini bildirib.

Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar isə Baxmutda vəziyyətin kritik olduğunu və Ukrayna hərbçilərinin xətti saxladığını deyib.

Onu da qeyd edək ki, Ukrayna Ordusunun Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatıy qeyd edib ki, Ukrayna qüvvələri Baxmutu mühasirəyə almaq üçün əməliyyat keçirsələr də, ərazini tərk edə bilərlər.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}