Çin Yaponiyaya protest verib
Tarix: 22-05-2023 09:09 | Bölmə: Dünya
Çin Yaponiyaya protest verib

Rəsmi Pekin “Böyük yeddilər”in Xirosimo şəhərində keçirilən sammitində ölkənin nüfuzuna xələl gətirən ifadələrə görə Tokioya etiraz notası təqdim edib.

Reyting.az
xəbər verir ki, bu barədə ÇXR xarici işlər nazirinin müavini Sun Veydun bəyan edib.

Sun Veydun bildirib ki, G7-lərin Xirosimoda keçirilən sammitində “Çinlə bağlı məsələləri şişirtdiyinə görə”, Yaponiyanın Pekindəki səfiri Xideo Tarumi XİN-ə çağrılıb.

“Bu il G7-yə sədrlik edən Yaponiya digər ölkələrlə bir yerdə Çin üzərinə hücum edib və ölkənin imicinə xələl gətirən açıqlamalara yol verib”, – ÇXR XİN-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}