Hərbi ekspert: "Ukraynaya verilən F-16 qırıcıları..."
Tarix: 22-05-2023 09:37 | Bölmə: Dünya
Hərbi ekspert: "Ukraynaya verilən F-16 qırıcıları..."

"Avropa ölkələrindən Ukraynaya təklif edilən F-16 qırıcıları köhnə modifikasiyalardır. Bunu həmin ölkələrin donanmasının təhlili göstərir. Həmin hərbi təyyarələr modernləşdirilməmiş, ən son və ya orta son modeldir. Yəni köhnə modellərdir".

Bunu Reyting.az-a hərbi analitik Aqil Rüstəmzadə müttəfiq ölkələrin Ukraynaya vermək istədiyi döyüş təyyarələrindən danışarkən deyib.

A. Rüstəmzadənin fikrincə, Kiyevə köhnə model F-16-ların verilməsi, Rusiyanın Su-35 və MiQ-31 təyyarələri qarşısında uzaqmənzilli raket döyüşlərində Ukraynaya üstünlük qazandırmır:

“Ukraynaya ötürülən təyyarələr Kiyev vilayətinin hava hücumundan müdafiə dövrəsində istifadə oluna bilər. Amma bu təyyarələr havada olduqları zaman Link-16.A taktiki keçidi vasitəsilə yer sistemləri ilə işləməli, həmçinin uçan radarlar və elektron kəşfiyyat təyyarələri ilə koordinasiyada uçmalıdır. Bu, gücləndirici və tamamlayıcı komponentlər olmadan F-16 qırıcılarının hava üstünlüyünü qurmaq problemli olacaq".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}