Deputatlar arasında yumruq davası olub
Tarix: 22-05-2023 18:20 | Bölmə: Dünya
Deputatlar arasında yumruq davası olub

İraq Kürd Regional Rəhbərliyinin (KRG) məclisində Kürdüstan Demokrat Partiyası ilə Kürdüstan Vətənpərvər Birliyinin deputatları arasında dava düşüb.

Reyting.az
xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi məclisində deputatlar toqquşub.

Ali Seçki Komissiyasının fəaliyyətinin müzakirə edildiyi parlament iclasında Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası (KDP) ilə Bafil Təlabaninin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqının (KYB) millət vəkilləri arasında mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra iki partiyanın deputatları arasında yumruq davası olub. Bəzi deputatlar və jurnalistlər masanın üzərinə atılan əşyalar səbəbindən yüngül xəsarətlər alıblar. Davadan sonra sessiya növbəti xəbərə qədər təxirə salınıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}