Səhiyyə Nazirliyinin səlahiyyəti atırılır - Fərman
Tarix: 04-10-2018 20:36 | Bölmə: Gündəm
Səhiyyə Nazirliyinin səlahiyyəti atırılır

Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.10-3-cü bənd əlavə edilib: "8.10-3. tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirmək;”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər