Prezident mənzil-məişət şəraiti və təhsillə bağlı sərəncam imzalayıb
Tarix: 22-10-2018 18:32 | Bölmə: Gündəm
Prezident mənzil-məişət şəraiti və təhsillə bağlı sərəncam imzalayıb

Bu gün Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam verib.

Sərəncama əsasən, İmişli şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

***

Prezidentin digər sərəncamı ilə İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər