Məmmədyarovun narazılığı fransalı həmkarına çatdırılacaq
Tarix: 25-10-2018 14:12 | Bölmə: Gündəm
Məmmədyarovun narazılığı fransalı həmkarına çatdırılacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib.

Nazir vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib.

O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb: "Ona da sual verdim və bildirdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə, Fransa hökuməti bununla bağlı tədbir görsün. Səfir dedi ki, bu məsələ barədə ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər