Silahlı Qüvvələrimizin Yardım Fondundakı məbləğ açıqlanıb
Tarix: 01-11-2018 09:24 | Bölmə: Gündəm
Silahlı Qüvvələrimizin Yardım Fondundakı məbləğ açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu ilin noyabrın 1-dək fonda 94.727.254,86 manat, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə yaradılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}