İlham Əliyev ASC-yə 12 milyon manat ayırıb - Sərəncam
Tarix: 30-11-2018 17:39 | Bölmə: Gündəm
İlham Əliyev ASC-yə 12 milyon manat ayırıb

Prezident İlham Əliyev Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}