15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Prezident nazir müavininə xüsusi rütbə verib - Sərəncam
Tarix: 07-01-2019 12:20 | Bölmə: Gündəm
Prezident nazir müavininə xüsusi rütbə verib

Vergilər nazirinin müavini Mətin Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Reyting.az
-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin”.

Prezident nazir müavininə xüsusi rütbə verib




Bölməyə aid digər xəbərlər
3-09-2025, 17:18 Saxta domenlər bloklanıb