12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazir gömrük rüsumlarında dəyişikliklər edib - Qərar
Tarix: 11-01-2019 08:57 | Bölmə: Gündəm
Baş nazir gömrük rüsumlarında dəyişikliklər edib

Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Baş nazir Novruz Məmmədovun bununla bağlı imzaladığı qərara əsasən, 2019-cu ilin dekabrın 15-dək Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15 faizi qədər gömrük rüsumu tətbiq olunacaq.

Bu qərar fevralın 10-da qüvvəyə minəcək.

Qeyd edək ki, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. İndiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.

Xatırladaq ki, alkoqollu energetik içkilər də daxil olmaqla digər alkoqollu içkilərin bir litrinə 2 dollar idxal gömrük rüsumu tətbiq edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər