MN: "Bölmələrimiz mülki əhali və obyektlərə heç vaxt atəş açmır"
Tarix: 24-04-2025 09:11 | Bölmə: Gündəm
MN: "Bölmələrimiz mülki əhali və obyektlərə heç vaxt atəş açmır"

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. 

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mıəlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır: "Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".




Bölməyə aid digər xəbərlər