İlham Əliyev və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olublar - Yenilənib
Tarix: 25-04-2025 15:22 | Bölmə: Gündəm
İlham Əliyev və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olublar

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Reyting.az
xəbər verir ki, dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Prezident və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.

Sonra dövlət başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət ediblər.

Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd edib ki, Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını deyib.

Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisklə görüşlərini məmnunluqla xatırladıb.

Vladimir Fekete dövlət başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirib. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu deyib.















Bölməyə aid digər xəbərlər