Pezeşkianın Azərbaycana rəsmi səfəri başa çatıb
Tarix: 29-04-2025 00:05 | Bölmə: Gündəm
Pezeşkianın Azərbaycana rəsmi səfəri başa çatıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.




Bölməyə aid digər xəbərlər