Kamran Əliyev yenidən baş prokuror təyin edilir
Tarix: 01-05-2025 11:12 | Bölmə: Gündəm
Kamran Əliyev yenidən baş prokuror təyin edilir

Milli Məclis Kamran Əliyevin yenidən baş prokuror təyin edilməsinə razılıq verib.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan prezidentinin təqdimatı ilə Milli Məclis baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, K. Əliyev Azərbaycan prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.(Report)




Bölməyə aid digər xəbərlər