Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib - Video
Tarix: 01-05-2025 10:09 | Bölmə: Gündəm
Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.

Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.





Bölməyə aid digər xəbərlər