14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Xarici İşlər Nazirliyinin əsasnaməsi və strukturu təsdiqlənib
Tarix: 05-05-2025 16:21 | Bölmə: Gündəm
Xarici İşlər Nazirliyinin əsasnaməsi və strukturu təsdiqlənib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görməlidir.

Aşağıdakı linklərə daxil olmaqla Xarici İşlər Nazirliyinin əsasnamə və strukturu tanış ola bilərsiniz:


My Webpage
My Webpage




Bölməyə aid digər xəbərlər