Belarusun baş naziri Fəxri xiyabanı ziyarət edib - Fotolar
Tarix: 06-05-2025 11:19 | Bölmə: Gündəm
Belarusun baş naziri Fəxri xiyabanı ziyarət edib

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Reyting.az
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.






Bölməyə aid digər xəbərlər