Belarusun baş naziri Qarabağa gəlib - (Yenilənib) - Foto
Tarix: 06-05-2025 15:18 | Bölmə: Gündəm
Belarusun baş naziri Qarabağa gəlib - (Yenilənib)

Belarusun baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində mayın 6-da Füzuli şəhərinə gəlib.

Reyting.az
xəbər verir ki, Azərbaycanın baş naziri Əli Əsədov Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.

Daha sonra A. Turçin azad olunduqdan sonra Füzuli rayonunda aparılan yenidənqurma və quruculuq işləri ilə tanış olub.

***

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli rayonundan sonra Ağdama gəlib.

Səfər proqramına Ağdam Sənaye Parkı və rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə tanışlıq daxildir.

Xatırladaq ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.

***

Belarusun baş naziri Aleksandr Turçin Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndində olub.

Məlumata görə, A.Turçin bu kənddə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ilə şəxsən tanış ola bilib.

Birinci mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.





Bölməyə aid digər xəbərlər