Bayramov İraqın baş nazirinin müavini ilə görüşüb - Yenilənib
Tarix: 07-05-2025 12:33 | Bölmə: Gündəm
Bayramov İraqın baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov 7 may 2025-ci ildə İraq Respublikasına rəsmi səfərə yola düşüb.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikası Baş nazirinin müavini və Xarici işlər naziri Fuad Hüseyn, eləcə də digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

***

Bağdadda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun İraqın baş nazirinin müavini, Xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.

Reyting.az
xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.

Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.




Bölməyə aid digər xəbərlər