12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Azərbaycanın Su-25 təyyarələri “Anadolu Ankası-2025” təlimində - Video
Tarix: 13-05-2025 21:28 | Bölmə: Gündəm
Azərbaycanın Su-25 təyyarələri “Anadolu Ankası-2025” təlimində - Video

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.

Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.






Bölməyə aid digər xəbərlər