14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
Tarix: 16-05-2025 17:38 | Bölmə: Gündəm
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.

O bildirib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

***

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.

Reyting.az
bildirir ki, bu barədə "Report"a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, iclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilən müraciətlər siyahısı Azərbaycan prezidentinə təqdim ediləcək.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə keçirilən iclaslarda ümumilikdə 800-dən çox müraciətə baxıb.




Bölməyə aid digər xəbərlər