14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Azərbaycan və İsrailin müdafiə nazirləri Təl-Əvivdə görüşüblər - Foto
Tarix: 19-05-2025 17:17 | Bölmə: Gündəm
Azərbaycan və İsrailin müdafiə nazirləri Təl-Əvivdə görüşüblər

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsraildə səfərdədir.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

İsrail Müdafiə naziri İsrael Katz bu səfər çərçivəsində Təl-Əvivdə general-polkovnik Zakir Həsənovla görüşüb.

Görüş zamanı İ. Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirərək, ortaq maraqlar və qarşılıqlı etimadı vurğulayıb. O, HƏMAS-ın 7 oktyabr hücumundan sonra Azərbaycanın dəstəyinə və İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Z. Həsənova təşəkkür edib.

İ. Katz “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanın İsrail təmsilçisinə ən yüksək bal (12) verdiyini xatırladaraq bu qiyməti iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.

İsrail MN görüş zamanı müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlindiyini də qeyd edib.





Bölməyə aid digər xəbərlər