Rusiya daha iki ölkəni parçalamaq istəyir – Kreml Qazaxıstan və Belarusu hədəf seçib
Tarix: 28-05-2016 13:09 | Bölmə: Gündəm


Belarus və Qazaxıstanda Donbas ssenarisi üzrə yeni "respublikalar”ın yaradılması prosesi başlayıb.

Reyting.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ukraynalı diplomat Roman Bessmertnı söyləyib. Onun sözlərinə görə, Moskva artıq Qazaxıstanın şimalında "Şimali Qazaxıstan Respublikası”nın yaradılmasına start verib:

"Bu proses Nazarbayevin Kremli ziyarət edib ölkəsinə qayıtdıqdan sonra başlayıb.

Belarusun şərqində də bu proses gedir. Artıq burada da Moskva "uğur” əldə etməyə başlayıb”.

Qeyd edək ki, Nazarbayev sonuncu dəfə Kremldə mayın 9-da olub. Üstəlik, Astana Torpaq Məcəlləsinə dəyişiklik edib. Bunun da nəticəsində ölkə torpaqları 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilə biləcək. Bu isə yerli əhalinin narazılığına səbəb olub. Moskva da bu qərardan sonra ölkədə Çin təsirinin artacağından ehtiyat edir. Bununla yanaşı, Nazarbayev bir müddət öncə ölkədə Ukrayna ssenarisinin təkrarlanmasına izn verməyəcəyini bəyan edib ki, bu da Kremli qıcıqlandıran əsas səbəblərdən biri hesab edilir.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər