Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır
Tarix: 11-10-2025 18:04 | Bölmə: Gündəm
Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər