Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
Tarix: 17-10-2025 11:05 | Bölmə: Gündəm
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

"Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.




Bölməyə aid digər xəbərlər