16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
ANAMA sədrinə I müavin təyin olunub
Tarix: 18-10-2025 16:15 | Bölmə: Slayd
ANAMA sədrinə I müavin təyin olunub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr təyinatı olub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Prezidentİ İlham Əliyevin sərəncamı ilə Şamil Etibar oğlu Rzayev ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Ş. Rzayev 1974-cü ildə anadan olub. O, 2000-2001-ci illərdə ANAMA-da Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:37 Vatikan zəfəri - Foto