16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
Tarix: 19-10-2025 09:56 | Bölmə: İdman
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində 2 qızıl, 1 bürünc medal qazanıblar.

Reyting.az
xəbər verir ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələyib.

Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəşid Məmmədəliyev (73) isə üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kq) isə bürünc mükafata layiq görülüb.(Report)




Bölməyə aid digər xəbərlər