15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib
Tarix: 14-10-2025 16:31 | Bölmə: Gündəm
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

Prezident İlham Əliyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı sənəd bu il iyunun 25-də Cenevrə şəhərində və iyulun 11-də Bakı şəhərində imzalanıb.

Sənəddə Azərbaycan hökumətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmsil edib.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.




Bölməyə aid digər xəbərlər