Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
Tarix: 14-10-2025 16:15 | Bölmə: Gündəm
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib)

Bu gün Xocalı rayonunun daha bir kəndinə - Şuşakəndə də köç olub.

Reyting.az
xəbər verir ki, bu dəfə Şuşakənd kəndinə 27 ailədən ibarət 116 nəfər köçürülüb.

Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə çatıb.

Məlumat üçün bildərək ki, ailələr dövlət tərəfindən evlə təmin olunublar.

***

Xocalı rayonunun Şuşakənd kəndində gedən növbəti köç karvanı ünvana çatıb.

Reyting.az
xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sakinlərə evlərinin açarları təqdim olunub.

Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə Şuşakənd kəndinə 15 ailə köçürülüb. Beləliklə, indiyədək kənddə ümumilikdə 42 ailə məskunlaşıb.







Bölməyə aid digər xəbərlər