İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub - (Yenilənib) - Fotolar
Tarix: 02-10-2025 15:28 | Bölmə: Gündəm
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub - (Yenilənib)

Prezident İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Kopenhagendə, oktyabrın 2-də "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi və bu xüsusda bir neçə gün əvvəl İtaliya prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunulub, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. İki ölkə arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.





Bölməyə aid digər xəbərlər
26-09-2025, 11:29 Ombudsman bəyanat yayıb