İlham Əliyev Ukrayna prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
Tarix: 02-10-2025 17:50 | Bölmə: Gündəm
İlham Əliyev Ukrayna prezidenti ilə görüşüb - (Yenilənib)

Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Reyting.az
xəbər verir ki, Ukrayna prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini deyib. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
26-09-2025, 11:29 Ombudsman bəyanat yayıb