16:30 / 03-10-2025
III MDB Oyunları: idmançımız qızıl medal qazanıb
16:06 / 03-10-2025
Qazaxıstan prezidenti Azərbaycana gəlir
15:50 / 03-10-2025
İrandan Azərbaycana gətirilən bakteriya aşkarlanıb
15:38 / 03-10-2025
Mübahisəli heykəli əvvəlki yerinə qaytarıblar
15:34 / 03-10-2025
Bakıda 52 yaşlı kişi kafedə bıçaqlanıb
15:26 / 03-10-2025
Nazir polkovniki vəzifədən azad edib - Yeni təyinat
15:22 / 03-10-2025
Litvalı Ayana Ginnesin ikiqat rekordçusudur
15:18 / 03-10-2025
ADSEA: "Su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qoruyacaq"
15:07 / 03-10-2025
Belçikada hərbi bazanın üzərində 15 dron aşkarlanıb
15:02 / 03-10-2025
Rus ordusu Verbove kəndində məğlub olub
14:53 / 03-10-2025
Çexiyada anti-Ukrayna mövqeli partiyalar hakimiyyətə gəlir
14:46 / 03-10-2025
Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
14:43 / 03-10-2025
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
14:42 / 03-10-2025
Taylandın baş naziri təyyarəsində orqan daşıyıb
14:22 / 03-10-2025
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
14:16 / 03-10-2025
III MDB Oyunları: Özbəkistan Qırğızıstan millisini məğlub edib
13:59 / 03-10-2025
Departament rəhbəri vəzifədən azad olunub
13:27 / 03-10-2025
Milli mətbuatın yubiley medalına namizədlər müəyyənləşdirilib
13:26 / 03-10-2025
Deputat: Prezidentin Kopengahen səfəri Azərbaycanın yüksək nüfuzunu göstərdi
13:16 / 03-10-2025
"Bayraktar Teknoloji Azərbaycan" MMC PUA istehsalına başlayıb
13:10 / 03-10-2025
Əqidə və prinsipiallıq manifesti - Qurbanov yazır
12:52 / 03-10-2025
Rusiya kosmik peyklərə hücum edir - General
12:51 / 03-10-2025
Ersin Tatar Azərbaycana gəlir
12:46 / 03-10-2025
Yunanıstandan 25 ədəd “Mirage” qırıcısı tələb olunur
12:36 / 03-10-2025
Ərdoğan: “Qlobal Sumud” Donanmasına hücum vəhşilikdir
12:34 / 03-10-2025
Ekspertiza "Şərurlu İsfəndiyar"la bağlı qərarı açıqlayıb
12:28 / 03-10-2025
Qazaxıstanın enerji sektoruna 9 milyard dollar investisiya qoyulur
12:27 / 03-10-2025
Prezident Danimarkaya işgüzar səfərindən paylaşım edib - Foto
12:18 / 03-10-2025
Sabahın hava proqnozu açıqlanıb
21:29 / 29-09-2025

18:01 / 28-09-2025

14:02 / 29-09-2025

22:59 / 28-09-2025

11:22 / 29-09-2025

18:31 / 01-10-2025

09:47 / 30-09-2025

22:31 / 28-09-2025

16:58 / 30-09-2025

09:11 / 29-09-2025

23:06 / 29-09-2025

22:34 / 29-09-2025

Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Tarix: 03-10-2025 14:46 | Bölmə: Gündəm

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində "Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid" mövzusunda beynəlxalq konfrans keçirilib.
Reyting.az xəbər verir ki, oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, "Great Whale Conservancy" təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2,5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.
Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.
Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:22
İlham Əliyev Koreya prezidentinə məktub ünvanlayıb
Bu gün, 10:56
Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atılıb
Dünən, 15:28
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub - (Yenilənib) - Fotolar
Dünən, 09:11
İlham Əliyev Moldova prezidenti ilə görüşüb - Foto
1-10-2025, 19:20
Azərbaycan prezidenti Danimarkaya işgüzar səfərə gedib - Fotolar
1-10-2025, 18:01
Dövlət Agentliyinin direktoru vəzifədən çıxarılıb
1-10-2025, 16:24
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - (Yenilənib) - Fotolar
1-10-2025, 12:26
İtaliya prezidentinin Azərbaycana səfəri başa çatıb
1-10-2025, 11:49
İtaliya prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - Fotolar
1-10-2025, 10:00
Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır
1-10-2025, 09:46
Kamran Əliyev: "AZAL-ın təyyarəsi ilə bağlı cinayət işi davam edir"
30-09-2025, 22:31
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib
30-09-2025, 17:32
Prezident daha bir ölkə ilə Anlaşma Memorandumunu təsdiqləyib
30-09-2025, 17:21
AYNA-nın səlahiyyəti artırılıb - Fərman
30-09-2025, 16:58
Prezident prokurora general-mayor rütbəsi verib - Foto
30-09-2025, 15:17
İtaliya prezidenti Azərbaycana gəlib - Fotolar
30-09-2025, 14:51
Əli Əsədov Lukaşenko ilə görüşə qatılıb
30-09-2025, 13:14
Milli Məclis saziş, memorandum və konvensiyaları ratifikasiya edib
30-09-2025, 12:34
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
30-09-2025, 11:12
Milli Məclisin payız sessiyasında ilk iclası başlayıb
30-09-2025, 10:49
Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu başlayıb
30-09-2025, 10:20
Dövlət sərhədimizi pozan əcnəbilər saxlanılıb - Fotolar
29-09-2025, 17:43
İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb
29-09-2025, 15:56
Gizir və miçmanların xidmət müddəti artırılır
29-09-2025, 13:07
Prezident Məmmədhəsənovu təltif edib - Sərəncam
29-09-2025, 11:13
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
29-09-2025, 09:26
Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
27-09-2025, 12:03
Azərbaycanda bir dəqiqəlik sükut olub
27-09-2025, 11:03
Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatıb
27-09-2025, 09:58
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı video-çarx paylaşıb - Video
27-09-2025, 09:43
Anım Günü: Şəhidlər Xiyabanı ziyarət edilir - Fotolar
27-09-2025, 00:12
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib - Foto
27-09-2025, 00:01
Azərbaycanda Anım Günüdür
26-09-2025, 13:43
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək