Viktor Orban Azərbaycana gəlib - (Yenilənib)
Tarix: 06-10-2025 13:32 | Bölmə: Gündəm
Viktor Orban Azərbaycana gəlib - (Yenilənib)

Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Reyting.az
xəbər verir ki, Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər zamanı Macarıstanın baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqlar aparacaq.

****

Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Reyting.az
xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Qəbələ Beynəlxalq Hava Limanında Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.




Bölməyə aid digər xəbərlər