Ərdoğan: "Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir"
Tarix: 07-10-2025 14:43 | Bölmə: Gündəm
Ərdoğan: "Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir"

Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib.

Reyting.az
xəbər verir ki, bu təkliflə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edib.

O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESCO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib.

"Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir. Şimali Kipr prezidenti Ersin Tatarın da aramızda olmasından olduqca şadam. Türk dünyasının Kipr türklərini tək qoymamasını məmnunluqla izləyirəm", - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan Türkmənistanın da yaxın dövrdə TDT-də tamhüquqlu üzv kimi görmək istədiklərini bəyan edib.




Bölməyə aid digər xəbərlər