Baş məşqçi: “İstefa verməmişəm”
Tarix: 24-11-2025 15:59 | Bölmə: İdman
Baş məşqçi: “İstefa verməmişəm”

“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”.

Bunu “Neftçi”nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib.

Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib: “Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam”.

S.Abasov komandasının “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib: “Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq”(qafqazinfo).




Bölməyə aid digər xəbərlər