Tovuzda toyda dava: bıçaqlanan var
Tarix: 24-11-2025 22:44 | Bölmə: Xəbərlər
Tovuzda toyda dava: bıçaqlanan var

Tovuzda şadlıq evlərinin birində keçirilən toyda kütləvi dava olub.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb.

O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyinin və yerinin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirir.

Faktla bağlı araşdırmalar davam edir.




Bölməyə aid digər xəbərlər